• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1510
— 18.09.2019 17:10

Balacalar üçün yeni tamaşa

KepezTV Player

Gəncə Dövlət Kukal Teatrı 34-cü mövsümü açıb. Açılışda balacalara təqdim olunan yeni tamaşanın həm də premyerası da olub.

Balaca bu gün fərqli şəkildə tamaşaçı olub. Mövsüm açılışına özəl olaraq nağıl qəhrəmanları ilə görüşmək, omların görünüşünə oxşar qrimlənmək bir başqa ab-hava yaratmışdı Kukla teatında. Bunların muqabilində alqışlarla səhnəyə çıxan aktyorlar balacaları yeniliklə sevindirib.

Danimarkalı yazıçı Hans Xiristian Andersenin “Düyməcik” əsəri əsasında hazırlanan eyni adlı tamaşa maraqla qarşılanıb.

Yeni janrda olan tamaşa əsasən 7-12 yaş arası uşaqlar üçün nəzərdə tutulub. 40 dəqiqə ərzində balacalar düyməciyin başına gələn əhvalatlara şahidlik ediblər.

Şamil Məmmədli - quruluşçu rejissor: Səhnədə özmüz həm canlı nağılı danışırıq, həm kuklaları oynadırıq. Onunla yanaşı işıqlarda bizim qurduğumuz balaca səhnəcəyin içində idarə edirik.

Səməd Xanəhmədov - aktyor: Obrazlarımızla vətənə, insanlara sevgi qayğı bir-birinə hörmət çalışırıq ki, balaca dostlarımıza aşılayaq.

Zülfiyyə Əliyeva - aktrisa: Mən Düyməcik tamaşasında 3 obraz canlandırıram. Ana qurbağanı, tarla siçanını və böcək xanımını. Üçüdə fərqli-fərqli obrazlardı, çalışıram ki, öhdəsindən gələm. Hər obrazımında öz-özlüyündə balaca dostlarımız üçün çatdıracağı mesaj var.

Ötən mövsümu uğurla başa vuran teatr festivallara qatılıb, mədəni və ictimai tədbirlərdə iştirak edib. Nəticədə müxtəlif nominasiyalar üzrə diplomlar teatrın təktiflər siyahısına daxil olub.

Fərmail Paşayev - Gəncə Dövlət Kukla Teatrının direktoru: İlin sonuna kimi Gəncə Dövlət Kukla Teatrı daha 2 yeni tamaşanı bizim balaca tamaşaçıların ixtiyarına verəcəklər.Ərəb xalq nağılı əsasında Mahirə Haqverdiyevanın hazırladığı “Ələddinin sehrli çırağı” və bir də Şamil Məmmədlinin hazırlayacağı İsgəndər Coşqunun “Hamıdan güclü” tamaşası olacaqdı.

Elmar Vəliyev - aktyor: Çox sevindirici haldır. Mən bütün həmkarlarımı, bütün teatrları təbrik edirəm. O cümlədən də öz doğma teatrımı və balaca tamaşaçılarımızı təbrik edirəm.

Gəncə Dövlət Kukla Teatrı yeni mövsümdə balacalar üçün hər şənbə və bazar günləri repertuarda olan tamaşaları nümayiş etdirəcək.

 

Elnur Vahidoğlu