• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2350
— 17.09.2019 21:56

Bu həftə qərb derbisi var

KepezTV Player

Sentyabrın 19-20-si tarixlərində futbol üzrə I Divizionda 4-cü turun oyunları keçiriləcək. Tur qərb derbisi ilə əlamətdar olacaq. Regionun iki tarixi klubu “Kəpəz” və “Turan Tovuz” sonuncuların meydanında üz-üzə gələcək. Bu komandalar arasında oyunların prinsipiallığı ilk milli çempionatlardan başlayıb. Hazırda futbolumuzun elitasında mübarizə aparmayan tərəflərin rəqabəti bu gün aşağı liqada davam edir. İlk 3 turdan sonra tovuzluların maksimum nəticə göstərərək turnir cədvəlinə 9 xalla başçılıq etməsi və Gəncə klubunun məğlubiyyətsiz irəliləməsi derbiyə marağı artırır. Qarşıdakı oyunla bağlı ev sahibləri dünəndən doğma meydanda məşqlərə başlayıblar. 

Azad Rəfi