• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2001
— 17.09.2019 20:30

Aqrar sahə üçün kadr hazırlığı dövlətin diqqətindədir

KepezTV Player

“Həyata keçirilən tədbirlər nəticəsində aqrar sahədə inkişaf tempi davam edir. Dövlət tərəfindən göstərilən dəstək nəticəsində bu ilin ilk 6 ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi istehsal həcmi 13 faiz artıb”. Azərbaycan Dövlət Aqrar Universitetində tələbələrlə görüşən Kənd Təsərrüfatı naziri İnam Kərimov belə deyib. Nazir aqrar sektorun intensiv inkişafının peşəkar kadrlardan birbaşa asılı olduğunu, dövlətin yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssisləri hazırlayan Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmlənəsi, tədris korpuslarının əsaslı təmir olunub, yeni təsisatların qurulmasına dəstək göstərdiyinə diqqət çəkib. Görüşdə universitetdə aqrar sahədə çalışan yüksək ixtisaslı kadrların yetişdirilməsi üçün bütün şərait mövcud olduğu, ali məktəbdə kənd təsərrüfatı və dövlət sifarişli ixtisaslar üzrə təhsil alanların sayının əhəmiyyətli dərəcədə artdığı, tələbələrin müasir standartlara cavab verən təlim proqramlarına cəlb olunduğu vurğulanıb. Yüksək balla ADAU-ya qəbul olan tələbələrlə görüş zamanı 400 baldan yuxarı toplayan və kənd təsərrüfatı ixtisaslarını seçən tələbələrə 100 manat, 500 baldan yuxarı toplayan tələbələrə isə 200 manat əlavə təqaüd verildiyinə diqqət çəkilib. Nazir İnam Kərimov universitetin yeni tədris korpusunun tikinti işləri ilə də maraqlanıb.