• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1984
— 17.09.2019 12:28

İnkluziv təhsilin inkişaf perspektivləri müzakirə olunub

KepezTV Player

Gəncədə inkluziv təhsilin inkişaf perspektivləri və uşaqların müdafiəsinə dair təşəbbüslər müzakirə olunub. UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardinin Gəncəyə səfəri zamanı şəhər rəhbərliyi ilə keçirdiyi görüşdə həyata keçirilən inteqrasiyalı sosial xidmətlər proqramının icrası da ələ alınan məsələlər arasında olub. Qonaq hazırda Gəncədə iki inklyuziv təhsil mərkəzi və iki sosial xidmətlər mərkəzinin fəaliyyət göstərdiyini və xeyli sayda müəllimə inkluziv təhsillə bağlı təlim keçirildiyini, uşaq və valideynlərə sosial xidmətlərin göstərildiyini qeyd edib. Gələcəkdə erkən uşaqlıq dövründə inkişafı əhatə edən iki mərkəzin də açılacağı bildirilib.