• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2011
— 16.09.2019 20:03

GDU-ya 2000 tələbə qəbul olunub

KepezTV Player

Gəncə Dövlət Universitetində Bilik Günü münasibətilə keçirilən tədbirdə müəllim və tələbələr yeni dərs ilinin başlanması münasibətilə təbrik edilib, onlara təhsildə uğurlar arzulanıb. 81 illik təhsil ocağında hazırda 8 fakültə üzrə 31 kafedra fəaliyyət göstərir. Bu il GDU-ya 2000 tələbə qəbul olunub. Tədbirdə universitetin maddi-texniki bazasının yaxşıalşdırılması istiqamətində görülən işlər barədə də məlumat verilib. Əvvəlki illərdə olduğu kimi, bu ildə bir neçə tədris korpusunda təmir-bərpa işləri aparılıb, yeni inventar və avadanlıqla təchiz edilib. Çıxış edən tələbələr onlara yaradılan şəraitdən maksimum istifadə edib, gələcək üçün əsl kadr kimi yetişəcəklərini deyiblər. Sonda birinci kursa qəbul olunan gənclərə tələbə biletləri və hədiyyələr təqdim olunub.