• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1956
— 16.09.2019 11:38

Samux rayonunda bilik günü təntənə ilə qeyd olunub

KepezTV Player

Məktəbə ilk dəfə qədəm qoyan birincilər hazırlıq qurplarında öyrəndikləri şeirləri səsləndiriblər. Müəllimlər gələcək nəsilə arzu və istəklərini çatdırıblar.

Samux rayonunun məktəblərində birinci sinifdə təhsil alacaq məktəblilər xüsusi istedad və bacarıqları ilə seçilirlər.  Məktəbə hazırlıq qruplarında kifayət qədər məlumat əldə edən birincilər dərs ilində daha yaxşı təhsil ala biləcəklər.

Samux şəhər 2 saylı tam orta məktəbdə keçirilən tədbirdə çıxış edənlər təhsilə göstərilən dövlət qayğısından və bunun təzahürü olaraq əldə olunan nailiyyətlərdən söz açıblar. Yeni tədris ilinin başlaması ilə əlaqədər bir neçə təhsil ocağı əsaslı şəkildə yenilənib. Sözügedən məktəb binaları müasir  inventar və avadanlıqlarla təchiz edlib. Gələn il üçün qəzalı vəziyyətdə olan daha bir neçə təhsil ocağının yenilənməsi planlaşdırılır. Bu il bütün təhsil ocaqlarından ali məktəblərə qəbulun qeydə alınması rayonda təhsilin yüksələn templə inkişafı kimi qiymətləndirilib. Əvvəlki illərdə olduğu kimi sonuncu dərs ilində də Samux şəhər 2 saylı tam orta məktəbin məzunlarının uğurları daha çox olub. 

Əminə Cəfərova - Samux şəhər 2 saylı tam orta məktəbin direktoru: Demək olar ki, 9-11-ci buraxılış sinifləri üzrə imtahan nəticələrimiz yüksək olub. 33 məzundan 23 şagird tələbə adını qazanıb. Onlardan 21-i Azərbaycan, 2 məzunumuz xarici dövlətlərin ali təhsil ocaqlarına qəbul olunub. Bu da bizim üçün çox uğurlu bir nəticədir. Ümid edirəm ki, naliyyətlərimiz bundan yüksək olacaq.      

Rəsmi hissədən sonra məktəbdə ilk zəng çalınıb. Birinciləri sinif otaqlarında təbrik edən rayon  rəhbərli onlara təhsildə uğurlar arzulayıb. Bu il Samux rayonunun 35 ümumtəhsil məktəbi üzrə 913 şagird 1-ci sinifə qədəm qoyub.

 

Natiq Hüseyn