• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2089
— 14.09.2019 16:36

Şanlı tarixə nəzər salınıb

KepezTV Player

Türkiyənin Gəncədəki Baş konsulluğunda Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 101-ci ildönümü  qeyd olunub.  Tədbirə şəhər rəsmiləri ilə yanaşı, millət vəkilləri, eləcə də Türkiyədən gələn nümayəndə heyəti qatılıb.  Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, öz köməyini əsirgəməyən Osmanlı Türkiyəsinin 1918-ci ilin avqust-sentyabr aylarında tarixi vəzifəsini şərəflə yerinə yetirməsindən, Qafqaz İslam Ordusunun Bakını işğalçılardan təmizləməsindən geniş bəhs edilib. Tarixi köklərə malik iki qardaş dövlətin daim bərabər addımlayacağı bir daha dilə gətirilib. Daha sonra Azərbaycan Xalq Cumhuriyyəti muzeyi ilə tanış olan tədbir iştirakçıları Cavad Xanın məqbərəsini ziyarət ediblər.