• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1616
— 14.09.2019 16:29

Tovuzda yeni məktəb binası istifadəyə verilib

KepezTV Player

Tovuz rayon Alakol kəndində şəhid Nürəddin Sadıqov adına tam orta məktəb üçün inşa olunan yeni binanın açılışı baş tutub. Rəsmi hissədən sonra bina ilə tanışlıq olub. 624 şagird yerlik məktəb binasında 25 sinif otağı mövcuddur. Burada müasir inventarlarla təchiz eidlmiş fizika, kimya və biologiya kabinetləri ilə yanaşı 6 labaratoriya, kitabxana yeməkxana, akt və idman zalı da yaradılıb. Bu il təhsil ocağında 330 şagirdin təlim tərbiyyəsi ilə 40 müəllim məşğul olacaq. Məktəb binasının həyətində 160 kubmetrlik yanğından mühafizə hovuzu, eləcə də mini futbol meydançası mövcuddur. Təhsil ocağında şəraitlə tanış olan rəsmilər imkanları yüksək qiymətləndiriblər. Diqqətə çatdırılıb ki, son illər rayonda 47 məktəb binası yenilənib, 11 modul tipli məktəb binası qurulub. Hazırda Bozalğanlı kəndində 1200 şagird yerlik yeni məktəb binasının inşası davam etdirilir.

Muxtar Məmmədov Təhsil nazirliyinin aparat rəhbəri: Yeni məktəb binasının istifadəyə verilməsi təhsilin inkişafına xidmət edir. İndi gərək bu məktəbin müəllimləri daha məsuliyyətlə çaışsın. Şagirdlərdə daha yaxşı oxusunlar.

Natiq Hüseyn