• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2327
— 13.09.2019 16:46

3 kəndin suvarma problemi həll olunur

KepezTV Player

Göygölün 3 kəndində sakinlərin yaşadığı çətinliyə son qoyulur. Problemin həlli bol məhsul götürməyə və gəlirin artmasına imkan verəcək. Bunun nəyin hesabına baş verəcəyi barədə əməkdaşımız Elnur Rzayev danışacaq.

Söhbət rayon mərkəzindən 40 km aralıda yerləşən Pənahlılar, Dozlar və Çaylı kəndlərində suvarma suyuna olan tələbatının ödənilməsindən gedir. Adıçəkilən kəndlərin sakinlərinin 500 hektar əkinə yararlı torpaq sahələrini suvarnaq üçün mövcud olan beton boru xətti yararsız halda olduğundan su və vaxt itkisi ilə nəticələnirdi.

Göygöl rayonunda əkinə yararlı torpaq sahələrinin suvarılan su mənbələrindən biri də Kürəkçayıdır. Dozlar kəndinə çəkilən xətt də məhz bu çaydan götürülüb.

Seyvan Səfərov - Dozular kənd sakini: Torpaq sahəm var. Arpa, buğda əkirəm.Qabaqlar boru qırılırdı. İndi təzələyirlər. Heç bir problemdə yoxdu.

Lətifə Zeynalova - Dozular kənd sakini: 4 hektar suvarılan yerim var. İndi xətt çəklir. Yaxşı məhsul görücəyik.

Yeni su xəttindən 80-ə yaxın ailə istifadə edəcək. Bununla paralel olaraq rayon Suvarma Sistemləri İdarəsinin əməkdaşları digər kəndlərin də üzləşdiyi analoji problemin həlli ilə məşğuldur.

Natiq Məmmədov - Göygöl Suvarma Sistemləri İdarəsinin baş mühəndisi: Aşıqlı kəndində nasos stansiyada da işlər gedir. Oktyabr ayının əvvəlində təhvil verəcəyik.Orda əsasən əhalinin həyətyanı sahəsinin suvarılması üçündür. 200 hektara yaxın taxıl sahəsidir. Cari təmirdir.

Göygöl Suvarma Sistemləri İdarəsi tərəfindən əkinə yararlı 15 min 200 hektar torpaq sahəsinə xidmət göstərilir. Əkin sahələrini suvarmaq üçün idarənin balansın da 269 subartezian quyusu, 10 su nasos stansiyası və Şəmkir kanalından istifadə olunur. Nasos stansiyaları öz suyunu Gəncəçay, Kürəkçay və Qoşqarçaydan götürür.

 

Elnur Vahidoğlu