• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1897
— 13.09.2019 16:50

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimai birliyi Qazaxda aşıqlarla görüşüb

KepezTV Player

Qazaxda Çağdaş aşıqlarımızın poetik yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu müzakirə edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimai birliyi tərəfindən reallaşdırılan tədbirdə hazırda fəaliyyət göstərən aşıqların yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusunda yazılan şeirlərə diqqəti yönəltmək, ayrı-ayrı aşıqların yaradıcılıq nümunələrindən seçmələr edərək kitab nəşr etdirib geniş ictimaiyyətə təqdim etmək kimi məsələlərə toxunulub Aşıqların əsərlərində ölkəmizin müstəqilliyi, dövlət quruculuğunun möhkəmləndirilməsi xüsusi önəm kəsb edib. Hazırlanacaq kitabda daha çox aşıqların şeirlərinin yer alması üçün bölgələrdə görüşlərin keçirilməsi nəzərdə tutulub. Sonda aşıqların çıxışları olub və iştirakçılar tərəfindən maraqla dinlənilib.

Məhəmmədəli Məşədiyev – folklorşünas: Bilirsiniz ki, bu gün respublikamız müharibə şəraitində yaşayır. Gənclərin vətənpərvər ruhda böyüməsi üçün belə bir layihələrin olması çox vacibdir. Bu gündə bu tədbir Qazaxda keçirilir. Qazada keçirilməsidə heçdə təsadüfi deyil. Çünki Qazaxda ozanlar, aşıqlar eləcə də şairlər yurdudur. Buradada gənc aşıqlar var. Özüdə uzun bir sərhədi erməni təcavüzünə məruz qalıb. Belə bir tədbirin burada keçirilməsi çox yerinə düşəndir.

 

Natiq Hüseyn