• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1655
— 13.09.2019 16:37

“Turan Tovuz” medallara iddialıdır

KepezTV Player

Qərb futbolunun yükünü çiyinlərində daşıyan iki komandadan biri olan “Turan Tovuz” yeni futbol ilinə iddialı başlayıb. Tovuzlular hələ çempionat start götürməmişdən əvvəl də dəyişikliklərlə diqqəti cəlb etməyə müvəffəq olmuşdular.  

Ötən mövsüm I Divizionda zəif çıxışı ilə seçilən və turnir cədvəlində 12-ci olan “Turan Tovuz” çempionat öncəsi istər məşqçilər korpusunda istərsə də, heyətdə əvəzləmələrə əl atıb. Əvvəlcə MOİK-i çempionluğa daşıyan Azər Bağırov komandanın sükanı arxasına gətirən daha sonra rəhbərlik futbolçuları da yeniləyib. Belə də hədəflər də dəyişib.

Atılan addımların nəticəsi özünü çox gözlətməyib. Müsbət dəyişikliklərə nail olan komanda çempionatda keçirdiyi hər iki görüşdə qələbə qazanıb.

Baş məşqçi Azər Bağırovun sözlərinə görə, komandanın məqsədə doğru irəliləməsində azarkeş amilini də rol oynayıb.

“Turan Tovuz” divizionda növbəti oyununu sentyabrın 14-də səfərdə keçirəcək. Qərblilər 3-cü turda “Neftçi”nin ikinci komandasının qonağı olacaq.

 

Azad Rəfi