• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1557
— 13.09.2019 12:08

Tərəvəz bitkiləri calaq edilir

KepezTV Player

Son vaxtlar istixanada yetişdirilən pomidor, xiyar və badımcanda kök boğazından çürümə baş verir. Bu fityum xəstəliyidir. Xəstəlik istixanadakı bütün bitkilərə siraət edə bilir. Mütəxəssislər bildirirlər ki, ştilləri torpağa vermədən öncə dezinfeksiya etmək xəstəliyin yayılmasının qarşısını ala bilər. Amma müasir dövrdə daha fərqli yanaşmalar tətbiq olunmalıdır. Hazırda Azərbaycan Dövlət Aqrar Univeristetində bölgəmiz üçün yeni olan-tərəvəz bitkilərinin calaq edilməsi təcrübəsi sınaqdan keçirilir. Bu zaman eyni bitkinin xəstəliyə davamlı sortundan calaq kimi istifadə edilir.

Hüseyn İdrisov - ADAU-nun kafedra müdiri: Calaqaltı kimi istifadə etmək lazımdır. Bu il biz pomidorda bu üsuldan sitifadə edəcəyik. Gəncə-Qazax bölgıəsində o istifadə olunmayıb. Bəzi müasir tipli istixanalarda, xaricdə isə geniş istifadə olunur. Burada məqsəd nədir. Cırlardan istifadə olunur. O kökboğazı xəsətliyinə qarşı çox davamlıdır. Yuxarıda onu istədiyimiz sorta calayırsan biz artıq ondan xilas olmuş oluruq. Yaxud da onu mimimuma endirmiş oluruq. Bu üsullardan da istifadə fermer və sahibkarlara əlavə qazanc götürməyə şərait yaradacaq.