• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2405
— 12.09.2019 12:35

Gəncə sakinindən narkotik maddə götürülüb

KepezTV Player

Şəhər Baş Polis İdarəsi Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə sakini, əvvəllər məhkum olunmuş 43 yaşlı Həsən Quliyev saxlanılıb. Üzərinə baxış keçirilən zaman 10.5 qram çəkidə narkotik vasitə olan “marixuana” və 1.2 qram “heroin” aşkar olunaraq götürülüb.Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Quliyevin şəhər ərazisindəki yaşadığı mənzilə baxış keçirilən zaman oradan 1 kiloqram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb. Araşdırmalar davam etdirilir.