• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4023
— 11.09.2019 16:29

Samuxda hektardan 12 ton məhsul yığılır

KepezTV Player

Samux Sovet dönəmində ənənəvi üzümçülük rayonlarından biri olub. Bu adı yenidən bərpa etmək və rayonda üzümçülüyün inkişafına nail olmaq üçün əkin sahələri artırılır. Bu il rayonda məhsuldarlığın ötən ilə baxanda çox olması fermerləri sevindirir.

Samux rayonunda bu il 1016 ha-da üzüm əkilib. Üzüm bağlarının yarıdan çoxunda texniki sortlar əkilib. ((STAND UP))Samux rayonun da hər hektara 2 min, 2 min 500 ədəd üzüm tənəyi basdırılıb. Hər üzüm tənəyindən isə bu il 4-5 kq məhsul yığılır ki, bu da ötən ilə baxanda 1-2 kq çoxdu.

Yığımına başlanılan üzümdən 2478 ton məhsul götürülüb ki, bunun böyük hissəsini süfrə üzüm sortu təşkil edir. İstehsalçılar ötən illə müqayisədə 10 faiz çox - hektardan 100 sentner üzüm yığıb.

Sitarə Əliyeva - üzüm yığan: Gündəlik 1 t 450 kq üzüm yığıram. Keçən ilə baxanda bu il üzümün məhsuldarlığı çox yaxşıdı. Çalşırıq ki, üzüm yerlərdə qalmasın tez yığaq.

Rayonda Fransa və Gürcüstandan gətirilən texniki üzüm növləri əkilib. Hava şəraitinin mülayim keçməsi, xəstəlik və zərərvericilərə qarşı vaxtında aparılan tədbrilərin nəticəsidir ki, plantasiyalarda məhsul boldur.

Kamran Rzayev - aqranom: Yerli və xarici sortlardı. Bu kabarne sortu xarici üzüm sortudur. Çox yaxşı çaxır alın, texniki sortdu. 1 kq-dan 500-600 qram xam mal istehsal etmək olur. İtkiyi nəzərə alınaraq tez çalışırıq ki, yığaq təhvil verək.

Üzümçülüyün inkişafı üçün istehsalçılara dövlət dəstəyi də var. Aqrar sektorda bu sahəyə yönəldilən subsidiya digərlərindən çoxdur.

Rahil Həsənov - Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru: Aqrar Subsidiya Şurasının qəbul elədiyi qərara görə üzüm bağlarının salınması üçün əmsal üçdür və bu da o deməkdir ki, baza hissəsi 200 manat olmaqla ilk 4 ili üzüm plantasiyası salan istehsalçılar hər il üçün 600 manat dövlət tərəfindən dəstək alacaqlar. Həmin sahə 4 il ərzində tam məhsula düşənə kimi dövlət 1 hk 2400 manat subsidiya verəcək.

Ötən il Samuxda ümumilikdə 9 min 470 ton məhsul yığılıb. Oktyabırın axırına kimi davam edən yığım zamanı fermerlər 10 min tondan artıq məhsul yığmağı planlaşdırırlar.