• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1199
— 11.09.2019 16:31

Amil Həmzəyev karyerasını ölkədə davam etdirə bilər

KepezTV Player

Əcnəbi həyatı yaşayan azsaylı basketbolçulardan olan Amil Həmzəyev hazırda heç bir klubda çıxış etmir. 2015-ci ildən etibarən müxtəlif vaxtlarda Ukraynanın “Kremen” və Moldovanın “Rıbnitsa” klublarının şərəfini qoruyan gəncəli idmançı yeni mövsümdə hələlik hansı komandada forma geyinəcəyini dəqiqləşdirməyib. Bir sıra klublardan təklif alan Azərbaycan milli komandasının üzvü karyerasını doğma ölkəsində də davam etdirə bilər. Bunun üçün isə Amil yerli klublardan təklif gözləyir.

 

Orxan Cəfərzadə