• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2126
— 11.09.2019 12:17

Gəncədən Bakıya qanunsuz sərnişin daşıyanlar yol polisinin hədəfində

KepezTV Player

Gəncədən Bakıya qanunsuz sərnişin daşınması məsələsi yenidən gündəmdədir. Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının 8-ci tağımının əməkdaşları Gəncənin Beynəlxalq avtovağzalında sürücülərlə marifləndirici görüş keçiriblər. Əsasən gecə saatlarında, nəzərdə tutulmayan vaxtlarda yola çıxan sürücülərə sonuncu xəbərdarlıq olunub.

Gəncə Beynəlxalq avtovağzalından paytaxt istiqamətinə ilk avtobus səhər saat 06:30-da, sonuncu reys isə axşam saat 18:30-da yola düşür. Ancaq yol polisləri bəzi sürücülərin buna məhəl qoymadığını, nəzərdə tutulmayan vaxtlarda sərnişindaşıma ilə məşğul olduqlarını deyirlər.

Etibar İbrahimov - BDYPİ-nin YPXA-nın 8-ci tağımının komandiri: Yəni saat 6-7-dən sonra bu avtovağzaldan sərnişin avtobusu çıxmamalıdır. Amma gecə saat 1:00, 2:00-da qeyri-müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobuslar gəlir dayanır avtovağzal ərazisində. Avtovağzal daxilində yox, magistral yolun kənarında sərnişin mindirirlər. Qeyri-müntəzəm, qanundan kənar, cədvəldən kənar sərnişin daşıyırlar.

Gəncə Beynəlxalq Avtovağzalının rəhbərliyi isə bu kimi iddialarla razılaşmır. Avtovağzal rəsmləri gecə saatlarında paytaxta sərnişin daşıyan nəqliyyat vasitələrinin pərakəndə faəliyyət göstərdiklərini və sərnişindaşıma ilə qanunsuz məşğul olduqlarını deyirlər.

Namiq Həsənov - Gəncə Beynəlxalq Avtovağzalının direktoru: Şəhərdaxili avtobuslar avtovağzala girə bilmir. Həmin avtovağzalın qarşısından gündəlik olaraq 30 dənə “Vito” çıxır. Mürcaiət etmədiyimiz yer qalmayıb. Ancaq tədbir görülmür. Hamısı da gəlir əvvəlpaxır avtovağzalın üstünə yıxılır. Ancaq bunların avtovağzalla heç bir əlaqəsi yoxdur.

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 8-ci tağımının əməkdaşları qanunsuz sərnişin daşınması hallarının qarşısının alınması üçün maarifləndirici tədbirlərə başlayıblar. Avtovağzallarda sürücü və sərnişinlərlə görüş keçirilir. Hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün onlarla maarifləndirici söhbətlər aparılır.

Etibar İbrahimov - BDYPİ-nin YPXA-nın 8-ci tağımının komandiri: Sürücülər radarların əhatəsində sürət həddinə əməl edirlər. Radarı keçdikdən sonra yolun sol hərəkət hissəsini götürürlər, sağ hərəkət zolağı bol olduğu halda həddindən artıq yüksək sürətlə idarə edirlər. Həmçinin  bunlar ən çox yanında apardıqları köməkçi ilə söhbət edib diqqəti yayındıran hərəkətlər edirlər. Bütün bunlar da yollarda hadisələrin baş verməsinə səbəb olur.

Bu kimi halların qarşısını almaq üçün sərnişinlərə diqqətli olmaq çağırışı edilib. Hər hansı bir qayda pozuntusu ilə qarşılaşan şəxslərə Baş Dövlət Yol Polisi İdarəsinin 902 çağrı mərkəzinə məlumat vermələri tövsiyyə olunur.

 

Natiq Hüseyn