• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1942
— 10.09.2019 19:43

Cüdoçuların toplanışı başa çatdı

KepezTV Player

Göygöldə region cüdoçuları üçün keçirilən ilk təlim-məşq toplanışına yekun vurulub. Yerli Olimpiya İdman Kompleksində 1 həftə davam edən hazırlıq  Azərbaycan Cüdo Federasiyası tərəfindən təşkil edilib. Yeniyetmə və gənc tatami ustalarının iştirak etdiyi toplanış təcrübəli cüdo ustadları tərəfindən keçirilib. Məşqlərə Naxçıvandan başqa ölkənin bütün bölgələrini təmsil edən 250-yə yaxın idmançı qatılıb. Toplanış yeni mövsüm öncəsi yarışlara hazırlıq xarakterli olub. Hazırlıqda bölgə məşqçilərinin nəzərinə cüdonun yeni qaydaları da çatdırılıb. Xatırladaq ki, bundan əvvəl federasiya Oğuz, Qəbələ, Mingəçevir, Qusar və Gürcüstanın Qori şəhərində region cüdoçuları üçün bu tipli toplantılar keçirib.

Orxan Cəfərzadə