• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1597
— 10.09.2019 17:13

Yol polisləri avtovağzallarda maarifləndirici görüş keçirirlər

KepezTV Player

Baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması və sərnişinlərin mənzil başına təhlükəsizlik çatdırılmasını təmin etmək məqəsdi ilə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının əməkdaşları avtovağzallarda sürücülərlə marifləndirici görüşlər keçirirlər. Ölkəmizin qərp qapısı Qazaxda keçirilən görüşdə gündəlik olaraq müxtəlif rayonlara və paytaxt Bakıya eləcə də kəndlərə sərnişin daşıyan sürücülər iştiark edib. Onlara yol hərəkət qaydalarına əməl olunmasının vacibliyi, eyni zamanda sükan arxasında diqqətli olmaq tövsiyyə olunub.

Tovuzda təşkil edilən anoloji görüşdə də yol polisləri sürücülərlə marifləndirici söhbətlər aparıb, onları maraqlandıran sualları cavablandırıblar. Sərnişindaşıma ilə məşğul olan sürücülərin sükanı sənədsiz şəxsə etibar etməsinin yolverilməz olduğu vurğulanıb. Bu kimi hallara qarşı yol polisləri tərəfindən barışmaz mübarizə aparıldığı diqqətə çatdırılıb. Tədbirdə iştirak edən vətəndaşlar bu kimi görüşləri yüksək qiymətləndiriblər.

Misir Abdullayev sakin:Bu günkü bu tədbirlərdən tez-tez keçirin. Həqiqi mənada bu mariflənmədir. Polislə vətəndaş ikisi birlikdə olanda bu daha gözəl olur. İnsanlar görürü ki bunlar haqqında düşünən rəhbərlik var. Bunların sağlamlığı haqqında düşünənlər var. Bu günkü tədbirdəndə mən razıyam.

Elnur Zeynalov baş inspektor:Görüşümüzün əsas məqəsdi sürücüləri marifləndirmək nizam intizama dəvət etməkdir. Yol hərəkəti qaydalarına riayət etmələri ən əsasıda sərnişinlərin mənzil başına rahat və təhlükəsiz çatmasını təmin etməkdir. Bundan sonrada bu cür görüşlərimiz xidməti ərazimizdə davam etdiriləcək.