• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1764
— 09.09.2019 15:58

Polis epilepsiya xəstəsini xilas etdi

KepezTV Player

Kürdəmir rayonunda polis yolda yıxılıb köməksiz vəziyyətdə qalan şəxsin həyatını xilas edib. Heydər Əliyev prospektində Atakişili kənd sakini Ağasəf İsmayılov yolu keçərkən halı pisləşib və yıxılaraq xəsarət alıb. Ətrafda olan insanlar təcili tibbi yardım çağırıblar. Lakin İsmayılov təcili yardım gələnə qədər ərazidə xidmətdə olan Kürdəmir Rayon Polis Şöbəsinin bölmə rəisi Samir Məhərrəmovun rəhbərliyi ilə polis patrulunun avtomobilinə mindirilib və Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Epilepsiya xəstəsi olan şəxsə tibbi yardım göstərilib.