• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2111
— 09.09.2019 12:16

Külli miqdarda narkotik aşkarlandı

KepezTV Player

Gəncə Şəhər Baş Polis İdarəsi Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Belə ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 44 yaşlı Bəxtiyar Şəmsi saxlanılaraq RPİ-nə gətirilib. Üzərinə baxış zamanı əlində olan idman çantasının içərisindən ümumi çəkisi 2 kiloqram 395 qram “marixuana” aşkarlanaraq götürülüb. Davam etdirilən tədbirlərlə Gəncə şəhər BPİ Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitənin saxlanılmasında şübhəli bilinən Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş 49 yaşlı Rasim Hümbətov saxlanılıb. Nizami RPİ-də onun üzərinə baxış keçirilərkən 2.8 qram “heroin” aşkar olunub. Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.