• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1510
— 09.09.2019 12:15

35 yaşlı qadın evində qətlə yetirilib

KepezTV Player

Göygöldə qətl törədilib. Gəncə sakini, 28 yaşlı Orxan Məmmədov Üçtəpə kəndində 35 yaşlı Günay Cəlillini yaşadığı evdə öldürüb. Hadisə yerinə hüqüq-mühafizə orqanları cəlb olunub. Mərhumun meyiti məhkəmə tibb ekspertizasına təqdim edilib. Orxan Məmmədovun Günay Cəlillinin keçmiş iş yoldaşı olduğu bildirilir. Göygöl Rayon Prokurorluğu faktla bağlı araşdırmalara başlayıb. Məmmədov paytaxtda saxlanılaraq məsuliyyətə cəlb olunub. Məlumata görə, mərhumun həyat yoldaşı illər öncə xəstəlikdən dünyasını dəyişib, iki övladı var.