• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1964
— 06.09.2019 14:29

Dəstə üzvləri zərərsizləşdirildilər

KepezTV Player

Astara RPŞ-nin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Məçitməhəllə kənd sakini Ağakərim Talıbovu 100 qram narkotik vasitə olan heroini satarkən saxlayıblar. Yaşadığı evdən 2 kiloqram 510 qram heroin, 1 kiloqram metamfetamin, 1 kiloqram qurudulmuş marixuana, 200 ədəd metadon həbi, həmçinin 1 ədəd “beşbarmaq”, 1 ədəd bıçaq, döyüş sursatları olan 46 ədəd güllə başlığı aşkar edilərək götürülüb. Ağakərim Talıbovla birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsində əlaqəli olan dəstənin digər üzvləri Astara şəhər sakinləri A.Şiriyev və T.Məlikov şübhəli şəxs qismində saxlanılıblar. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etidirilir.