• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1200
— 06.09.2019 15:32

1192 məzun tələbə oldu

KepezTV Player

Bu il Gəncənin 46 orta məktəbini bitirən 2327 şagirddən 88 nəfəri fərqlənmə atestatı alıb. Tələbə olmaq arzusunda olan 2033 məzundan 1192-si istəyinə çatıb ki bu da 58 faizdən çoxdur. Qəbul olanlardan 46 nəfəri xüsusi təyinatlı Ali Təhsil Müəssisələrinə daxil olub. Bu barədə ali məktəblərə yüksək bal toplayaraq qəbul olan məzunlarla görüşdə məlumat verilib. 11 nəfərin göstəricisi 650-dən, 79 nəfərinki isə 600 baldan çox olub. 248 tələbə 500 baldan uxarı nəticə göstərdiyinə görə bu ada layiq olub. Bu ilin məzunlarından 36-sı isə təhsilini xaricdə davam etdirəcək. Şəhər üzrə builki göstəricilər yüksək qiymətləndirilib və səbəbkarlara şəhər rəhbərliyi tərəfindən xatirə hədiyyələri təqdim edilib.

Təhminə Əliyeva - tələbə: Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 nömrəli tam orta məktəbi bu il qızıl medalla bitirmişəm. Respublika fənn olimpiadalarında iştirak edərək üçüncü yerin qalibi olmuşam. 636 bal toplayaraq Azərbaycan Tibb Universtetinin müalicə işi fakültəsinə daxil olmuşam. Bu mənim uşaqlıq arzumdur ki, ölkənin ən savadlı həkimlərindən biri olum.

Dilarə Hüseynova - tələbə: Gəncə şəhəri üzrə ən yüksək balı 679 balı toplayaraq Cəfər Cabbarlı adına 6 saylı orta məktəbi qurtarmışam. Üzərimdə əməyi olan bütün müəllimlərimə hər zaman yanımda olan valideynlərimə çox təşəkkürümü bildirmək istəyirəm. Ən böyük arzum beyin cərrahı olaraq ölkəmizə çox böyük xidmətlərdə olmaqdır.