• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1119
— 05.09.2019 16:32

Güləşçilərin toplanışı başa çatdı

KepezTV Player

Yunan-Roma güləşi üzrə böyüklərdən ibarət Azərbaycan millisinin Göygöldə keçirdiyi təlim-məşq toplanışına yekun vurulub. Komandamız yerli Olimpiya İdman kompleksində bu ay Qazaxıstanın paytaxtında keçiriləcək dünya çempionatına hazırlaşıb. Mundial Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıdığından güləşçilər heyətə düşmək üçün  toplanışda var gücü ilə məşq edib, məşqçilər korpusunun etimadını doğrultmağa çalışıblar. Yığmamızla birgə Qırğızıstan komandası da hazırlıq prosesində iştirak edib. Şaban Donatın rəhbərlik etdiyi millimiz Göygöldə həm fiziki, həm də taktiki-texniki məşqlər üzərində işləyib. Son illər əsasən nüfuzlu yarışlara bu məkanda hazırlaşan yığmamızın 30 nəfərlik heyətində yeni gənc güləşçilər də yer alıb.

Orxan Cəfərzadə