• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1257
— 04.09.2019 12:21

Gəncədə yol polisi kütləvi yoxlamalara başlayıb

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhərin müxtəlif ərazilərində qaydaları pozan və avtomobilin konstruksiyasına dəyişiklik edən sürücülərə qarşı yoxlama aparıblar. Tədbir zamanı xeyli sayda qayda pozuntuları aşkarlanıb.

Əsas hədəf sükan arxasında sənədsiz və sərxoş əyləşən sürücüləri aşkarlamaq olub. Bununla yanaşı, sərnişindaşıma qaydalarını pozan sükan sahibləri də diqqətdən kənarda qalmayıb.

Yoxlamalar zamanı konstruksiyaya dəyişiklik edən avtomobil sahibləri də saxlanılıb. Əsasən sovet istehsalı olan avtomobillərdə aşkarlanan səs gücləndirici və çox avazlı səs siqnalları yol polislərinin gözündən  yayınmayıb.

Ümümilikdə gün ərzində 40 avtomobil yol polisinin müvəqqəti dayanacağına yerləşdirilib. 100-ə yaxın sürücüyə isə inzibati protokol yazılıb.

Ramin Fətullayev - Gəncə şəhər DYP Şöbəsinin rəis müavini: Reydlərimiz şəhərin müxtəlif yerlərində davam etdirirlir. Məqsədimiz gələcəkdə baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısını almaqdır.

Yoxlamalar qarşıdakı günlərdə də davam etdiriləcək. Yol polisləri sürücüləri diqqətli olmağı və yol hərəkət qaydalarını pozmamağı tövsiyyə edirlər. Əks halda qayda pozan sürücülər müvafiq qaydada cərimələnəcəklər.