• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1205
— 04.09.2019 12:06

Bıçaqlanan bacılardan biri öldü

KepezTV Player

Bakının Binəqədi rayonunda bıçaqlanan iki bacıdan biri ölüb. Hadisə ötən gün Binəqədi şossesi, döngə 4 ünvanında ailə münaqişəsi zəminində baş verib. İmişli rayon sakini 38 yaşlı Samir Quliyev həyat yoldaşı, Kürdəmir rayon sakini, 30 yaşlı Ruhəngiz Mahmudovaya 14, baldızı, 32 yaşlı Roza Mahmudovaya isə 5 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Roza Mahmudovanın həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib. Fakt üzrə Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci - qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanıb.