• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1227
— 03.09.2019 20:27

Həmzəyevin komandası dünya turunu mükafatla tamamladı

KepezTV Player

Gəncəli Amil Həmzəyevin də heyətində yer aldığı “Zirvə Astara” komandası 3X3 basketbolu üzrə dünya turunun növbəti mərhələsində yenə uğurlu çıxışla diqqət çəkib. Azərbaycan təmsilçisi bu dəfə Xorvatiyanın Oqulin şəhərində keçirilən yarışda fəxri kürsüdə yer alıb. Millimizin üzvlərindən təşkil olunan kollektiv Şərqi Avropa ölkəsində 3-cü yeri tutub. Xatırladaq ki, avqust ayı ərzində “Zirvə” Beynəlxalq Basketbol Federasiyasının təşkilatçılığı ilə Avropa zonasında reallaşan 6 turnirdə iştirak edib. Komandamız ilk dəfə qatıldığı dünya turunun 4 mərhələsində mükafatçılar sırasına düşüb. Xorvatiyaya kimi basketbolçularımız İsveçrədə qızıl, Latviyada gümüş, Belarusda bürünc medal qazanıblar. Polşada isə Azərbaycan kollektivi iki dəfə medalın bir addımlığında dayanaraq 5-ci olub.

Azad Rəfi