• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1251
— 02.09.2019 12:10

Gədəbəydə ana-oğul güllələnib, evləri yandırılıb

KepezTV Player

Gədəbəy rayonunun Arısu kəndi ərazisində Şəmkir rayon sakini 63 yaşlı Əmiraslan Həsənov münaqişə zəminində tüfəngdən açdığı atəşlə kənd sakini olan qohumu 34 yaşlı Rüxsarə Vəliyevaya qolundan, onun oğlu 15 yaşlı Aqşin Əliyevə isə ayaq nahiyəsindən xəsarət yetirib. Həsənov sonradan qadına məxsus 2 mərtəbəli evə neft tökərək yandırıb. Nəticədə oradakı əşyalar, habelə 20 kvm. sahədə dam örtüyü yanıb.Yanğın söndürülüb, ana və oğlu Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına xəstəxanaya yerləşdirilib. Gədəbəy Rayon Polis Şöbəsnin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən Ə.Həsənov saxlanılıb. Cinayət əməlini törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi ondan götürülüb. Faktla əlaqədar cinayət işi başlanıb və araşdırma aparılır.