• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1200
— 30.08.2019 16:17

Baza sistemi yenilənir

KepezTV Player

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun baza sistemi yenilənir. Heyvan və ev quşlarının üzərində elmi araşdırmaların aparılması üçün yeni mərkəz və laboratoriyalar yaradılır. Elmi nəticələrin yüksək və keyfiyyətli olması üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən mütmadi olaraq manotorinqlər keçilir.

Ötən gündən Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın Təşkili və Monitorinq şöbəsinin əməkdaşları Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun yeni yaraılan bazasında manotorinq aparır. İnstituta Nazirlik tərəfindən göndərilən 20 baş holştenfiliz cins düyələrin saxlanma şəraitinə baxış keçirilib. Burada heyvanlar əsasən damazlıq istiqamətində yetişdirilir və onlardan alınan balalar gələcəkdə Respublika ərazisində rayonlaşdırılacaq. Bunun üçün də heyvanlar burada xüsusi düzəldilən yerdə açıq havada saxlanılır. Heyvanların yemlənməsi də institutun elmi işçiləri tərəfindən normaya uyğun yonca və ilk dəfə olara amarant bitkisi ilə aparılır. Bu da heyvanlarda süd istehsalını və yağlılıq faizini artırır.

Esmira Lətifova - KTN-nın Heyvandarlığın təşkili və monitorinq şöbəsinin müdiri: Məqsədimiz ondan ibarətdir ki, buranı böyük bir mərkəzə çevirməkdi.Bu istiqamətdə işər gedir. Burada yeni müasir formada ferma tikilmək üzrədir. Ferma hazır olandan sonra heyvanlar buradan həmin fermaya köçürüləcəkdir. Məqsədimiz elə heyvan yetişdirməkdir ki, yerli fermerlərimiz gəlib baxsınlar heyvanları görsünlər. Eyni zamanda da istidikləri heyvanı, cinsi seçə bilsinlər. Gəlcəkdə buradan həmin heyvanların damazlıq istiqamətində satışını həyata keçirmək fikrimiz var.

Elmi-Tədqiqat müəssisəsində südlük və ətlik cins olan 6 baş şvis və ətlik olan 5 baş aberdin anqust inəkləri saxlanılaraq üzərlərində elmi tədqiqatlar aparılır. Təsərrüfatlarda geniş yayılan holştenfliz inəklərindən isə ildə 11-12 min litr süd əldə etmək mümkündür.

Mahir Hacıyev - Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru: Dövlət tərəfindən son illər 40 min başa yaxın heyvan gətirilib. Onların adaptik xüsusiyyətləri bu ildən başlayaraq bizim inistitut tərəfindən aparılır. Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın Təşkili və Monitorinq şöbəsi tərəfindən Respublika ərazində heyvandarlıq və quşçuluq təsərrüfatlarında manitorinq aparılaraq müəyyən edilir ki, hansı heyvanlar Respublika şəraitinə daha dözümlüdür, daha məhsuldardır. Məqsədimiz isə buranın genetik mərkəz kimi çevirmək qarşımızda durur.

Monitorinqlər institutun yeni yaradılan quşçuluq laboratoriyasından da yan keçməyib. Burada elmi işçilərin ev quşlarının yeni xətlərinin alınması üçün sınaq təcrübəsi ilə tanışlıq olub. Bu xətlər Hollandiya, İran və Türkiyə ev quşlarının çarpazlaşdırılmasından alınan yeni xətlərdir. Laboratoriyada quşların böyümə, inkişafı, qənəd lələyi, diri çəkiləri hər gün nəzarətdə saxlanılır. Ev quşlarının saxlanması tam olaraq zoogenik qaydalara uyğun aparılır. Bu quşlar həm yumurta həm də ətlik üçün sərfəli hesab edilir.