• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1085
— 30.08.2019 16:02

5 aviabomba tapıldı

KepezTV Player

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Abşeron rayonu, Muşfiqabad qəsəbəsi, “Yataq” adlanan ərazidə 5 ədəd bombaya oxşar əşyanın tapılması barədə məlumat daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndəriliblər. Təhlükəsizliyi təmin etmək məqsədilə məlum sahə mühasirəyə alınıb. Oradan tərkibində pirotexnik maddə olan 1 ədəd və heç bir partlayıcı maddə daşımayan 4 ədəd aviabomba aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.