• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 736
— 30.08.2019 12:33

Qəzalar ölüm və xəsarətlə nəticələnib

KepezTV Player

Cəlilabadın Qarayar kəndi ərazisində minik avtomobili rayon sakini, 42 yaşlı Qafur Vahid oğlu Abbasovu vurub. Nəticədə piyada dünyasını dəyişib. Gəncə şəhəri Şah İsmayıl Xatai prospektində yolu qarşı tərəfə keçmək istəyən yaşlı kişini "VAZ" markalı avtomobil vurub. Ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılarkən yolda ölüb. Şəmkir rayonunun Stansiya Şəmkir ərazisində də yol qəzası qeydə alınıb. Nəticədə Şəmkir rayon sakini, 26 yaşlı Elnur Rüstəmov xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib və hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir. Polis faktları araşdırır.