• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1159
— 26.08.2019 18:23

Yanğın təhlükəsizliyi üçün daha bir addım

KepezTV Player

Reyd meşə zolaqlarının magistral yollara yaxın hissələrində təşkil edildi. Əraziyə “Meşə sahələri ilə həmsərhəd olan yerlərdə qurumuş otları, kövşənləri yandırmayın” işarəsini göstərən xəbərdaredici lövhələr vuruldu. Cırdaxan meşəsi adlanan əraziyə yaxın magistral yol kənarında minerallaşdırılmış xətt yaradıldı və digər profilaktik tədbirlər görüldü. Yevlaxda yanğın təhlükəsizliyi və meşə gözətçilərinin bu sahədə məlumatlandırılması, hər hansı yanğın hadisəsi zamanı görüləcək ilkin tədbirlər haqqında maarifləndirici görüş də keçirildi. Yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsidə Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin qarşısında duran vəzifələr müzakirə olundu. Meşə gözətçilərinə süni yaradılan yanğının söndürülməsi qaydaları öyrədildi. Bildirildi ki, görülən tədbirlər nəticəsində ötən illərə nisbətən yanğınların sayı azalıb.