• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2243
— 26.08.2019 18:38

Qərb regionunda 78 talassemiya xəstəsi qeydiyyatdadır

KepezTV Player

Bu ilin 6 ayı ərzində Mərkəzi Qan Bankının Gəncə bölməsində 691 donordan 950 litr qan tədarük olunub. Donorlardan əldə olunan qan irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin müalicəsində istifadə olunur. Xüsusən də talasemiya və hemofiliyalı xəstələr müntəzəm olaraq donorların köməyinə ehtiyac duyurlar. Hazırda regionda 78 nəfər aktiv talasemiya xəstəsi kimi qeydiyyatdadır. Bu xəstələr ayda 2 və ya 3 dəfə Mərkəzi Qan Bankının Gəncə bölməsinə müraciət edir və həmin xəstələrə lazım olan miqdarda qan köçürülür. Buna görə Mərkəzi Qan Bankının Gəncə bölməsi yetərli miqdarda qan tədarükü etmək üçün il ərzində bir neçə dəfə kütləvi qanvermə aksiyası təşkil edir. Toplanan qan kütləsi labarator şəraitdə ciddi yoxlanıldıqdan sonra, bölmənin xüsusi kameralarında depolanır. Həkimlər vətəndaşların bu işdə daha həsas olmalarını və qanvermədə yaxından iştirak etmələrinin həyati əhəmiyyət kəsb etdiyini bildirirlər.

Tahirə Məmmədova - Mərkəzi Qan Bankının Gəncə Bölməsin müdiri: Qan banklarının işi ondan ibarətdir ki, xidmət elədiyi ərazilərin tibb müəsisələrinə lazım olan qan və qan pereparatlarını hazırlıyıb təqdim etsin. Qana ehtiyyac günbəgün artır. Ehtiyyacımız daha çoxdur. Yay fəsili olanda qanvermələrin sayı biraz azalır. Buda ola bilsin mövsümlə əlaqədar əhalinin istirahətdə olması ilə əlaqədardı. Bu iki ayda bizim qan tədarükü baxımından qıtlığımız olur. Mən fürsətdən istifadə edib deyə bilərəm ki, əhali bilsin ki, belə xəstələrin qana çox ehtiyyacı var. Gəlsinlər hər cür şəraitimiz var könüllü olaraq qan versinlər.