• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1766
— 26.08.2019 12:15

Toydan dönərkən qəzaya düşüblər

KepezTV Player

Goranboyda toydan qayıdan şəxslər qəzaya düşüblər. İki minik avtomobilinin toqquşması nəticəsində Rusiya vətəndaşları 55 yaşlı Məcnunbəyova Dinarə Çingiz qızı, 22 yaşlı Konderova Ulduz Ruslan qızı, Tərtər rayon sakini 19 yaşlı Ramazanzadə Ruziyə Mübariz qızı və 2 aylıq uşaq xəsarət alıblar. Dinarə Məcnunbəyova Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Ulduz Konderovanın müalicəsi Goranboy rayon Mərkəzi Xəstəxanasında aparılır. Polis faktı araşdırır.