• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1148
— 24.08.2019 16:09

Yeni idman qurğuları istifadəyə verilib

KepezTV Player

Son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi, müasir idman infrastrukturunun yaradılması istiqamətində də genişmiqyaslı tədbirlər həyata keçirilir, yeni-yeni idman obyektləri tikilib istifadəyə verilir. Bu işlərin davamı olaraq Şəmkir rayonunda qərb bölgəsinin ən böyük və müasir standartlara cavab verən yeni gimnastika zalı, eləcə də futbol, basketbol, voleybol meydançaları istifadəyə verilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəmkirli idmançılara hədiyyə etdiyi idman qurğularının acılış mərasimində rayon rehberliyi ile yanası, Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov da iştirak edib. Yeni istifadəyə verilən meydançaların gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması, zərərli vərdişlərdən uzaq olmalarında xüsusi rolundan danışılıb. Gimnastika zalı uşaqların bədən tərbiyəsi fəaliyyətinə geniş cəlbolunmasında, milli gimnastların hazırlanmasında mühüm əhəmiyyət kəsb edəcək. İdman zalı bütün avadanlıqlarla təchiz olunub. Hazırda obyektdə 40-a yaxın idmançı həm gimnastika üzrə dərs alır, həm də yarışlara hazırlaşır. Gimnastların hazırladıqları maraqlı kompozisaları izləyən qonaqlar onların sevincinə şərik olublar. Sonda bütün Şəmkir gəncliyi rayonda idmanın inkişafına xidmət edəcək yeni idman qurğularına görə təşəkkürlərini bildiriblər.