• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2083
— 24.08.2019 15:59

Yanğınlar söndürülüb

KepezTV Player

Avqustun 20-də Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında Hirkan Milli Parkının ərazisində dağlıq zonada başlamış yanğın Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən tam söndürülüb. Şəki rayonunun Təpəcənnət kəndində dağlıq ərazidə 200 ha sahədə kol-kos və quru ot yanıb. Yaxınlıqdakı meşə massivi yanğından mühafizə bölmələri tərəfindən alovdan mühafizə olunub. Xızı rayonunun Fındığan kəndində də dağlıq ərazidə 60 ha quru ot və kol-kos yanıb. Alov söndürülüb. Yaxınlıqdakı meşə zolağı yanğından qorunub.Xaçmazda 5 otaqlı ev yanıb. Müzəffəroba kəndində həyətyanı ərazidə yığılan 11 ton ot bağlamasının 10 tonu, ümumi sahəsi 120 m² olan ikimərtəbəli evin birinci mərtəbəsində pəncərə çərçivəsi 1 m² sahədə və ümumi sahəsi 20 m² olan talvarın yanar konstruksiyaları yararsız hala düşüb. Əraziyə FHN əməkdaşları cəlb ediliblər. Evin, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Qəbələ rayonunda isə ümumi sahəsi 156 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları, evin zirzəmisinə yığılan 4 m³ taxta materialları yanıb. Yaxınlıqdakı yaşayış evləri, fındıq bağları və meşə zolağı alovdan qorunub. Zərdab rayonunun Dəli Quşçu kəndində ümumi sahəsi 187 m² olan tövlənin yanar konstruksiyaları 68 m² sahədə və tövlənin yaxınlığına yığılan 20 ton ot bağlamasının 10 tonu yanıb. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.