• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 877
— 23.08.2019 15:56

Maskalı şəxslər evə basqın etdi

KepezTV Player

Zaqatalada maskalı şəxslər evə basqın ediblər. Daxili İşlər Nazirliyinin məlumatına görə, üç nəfər maskalı naməlum şəxs Zaqatala rayonu Çökək kənd sakini Teymur Ağakişiyevin evinə quldurluq niyyəti ilə daxil olub, ev sahiblərinin əl-qolunu bağlayaraq hədə-qorxu gəlib, onlardan pul tələb ediblər. Daha sonra 400 manata yaxın pul və 1000 manat dəyərində qızıl-zinət əşyalarını götürərək hadisə yerindən uzaqlaşıblar.Zaqatala Rayon Polis Şöbəsinə məlumat daxil olan kimi dərhal hadisə yerinə əməliyyat-istintaq qrupu yollanıb və mənzilə baxış keçirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayətin rayonun Kebeloba kənd sakinləri - 31 yaşlı Fərhad Zəngiyev, 21 yaşlı İsmayıl Zəngiyev və Fərid Bolayev tərəfindən törədildiyi müəyyən edilib. Onlardan ikisi- Fərhad və İsmayıl Zəngiyevlər şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Cinayət zamanı istifadə edilən əlcəklər, maskalar və digər əşyalar maddi sübut kimi götürülüb. Araşdırma zamanı məlum olub ki, Fərhad Zəngiyevin ev sahibləri ilə qohumluq münasibətləri də olub.