• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1402
— 23.08.2019 16:55

Nazir müraciətləri dinlədi

KepezTV Player

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Tovuzda vətəndaş qəbulu keçirib. Görüş zamanı Tovuz və Qazax sakinlərinin nəqliyyat, telekommunikasiya, poçt xidmətləri və digər məsələlərlə bağlı müraciətlərinə baxılıb. Nazir vətəndaşların şikayət və təkliflərini diqqətlə dinləyərək müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar müvafiq qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Bir sıra vətəndaşın problemi yerindəcə həll edilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti qurumlara ünvanlanması üçün qeydiyyata alınıb.