• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1235
— 22.08.2019 20:31

Meydançada işlər davam edir

KepezTV Player

Gəncə şəhər stadionunda yeni süni örtüklü meydançanın salınması prosesi davam edir. Futbol infrastrukturunun inkişafı məqsədilə həyata keçirilən layihə AFFA tərəfindən icra olunur. İyun ayının 24-dən başlanan işlər yekunlaşmaq üzrədir. Artıq ərazidə asfaltlanma prosesi gedir. Bundan sonra yerə süni örtük salınacaq. Meydanın uzunluğu 105, eni isə 68 metr olmaqla standart ölçülərə malikdir. Süni örtük hazır olduqdan sonra “Kəpəz”in əsas komandası ilə yanaşı, klubun aşağı yaş qruplarından ibarət komandaları da burada məşq edib oyunlara çıxa biləcəklər. Xatırladaq ki, Gəncə şəhər stadionunun əsas meydanının da təbii ot örtüyü 2017-ci ildə AFFA tərəfindən tam olaraq yenilənib. Bundan əlavə, arenanın ərazisində 2015-ci ildə assosasiyanın maliyyə dəstəyi ilə süni örtüklü mini meydança salınıb.

Azad Rəfi