• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1275
— 22.08.2019 12:02

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vətəndaşlarla görüşüb

KepezTV Player

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Şəmkirdə Gədəbəy və Şəmkir rayonlarından olan vətəndaşlarla görüşüb. Qəbul zamanı şəhid adı və statusunun verilməsi, övladlarının təkrar tibbi müayinəyə göndərilməsi, müddətli həqiqi hərbi xidmətə cəlb olunma, veteran adının və vəsiqəsinin verilməsi,işə qəbul kimi bir sıra məsələlərlə bağlı müraciətlər səslənib. Hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb, araşdırılmasına ehtiyac olan müraciətlər qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi üçün qeydiyyata alınıb. Xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev isə Tovuzda Ağstafa, Qazax və Tovuz rayonlarından olan vətəndaşları qəbul edib.