• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1722
— 20.08.2019 20:29

Uşaqları sevindirən kubok

KepezTV Player

Hər il yay tətili günlərində düzənlənən birincilikdə 12 komanda mübarizə aparıb. 9-12 yaşlı futbolçulardan formalaşan kollektivlər əvvəlcə 2 qrupda çıxış ediblər. Daha sonra qruplarda ən yaxşı nəticəni göstərən 4 komanda yarımfinala vəsiqə qazanıb. Bu mərhələnin qalibləri baş mükafat uğrunda həlledici görüşdə məğlubları bürünc medallar üçün meydana çıxıb. Gəncənin idman məktəblərinin komandalarının gücünü sınadığı birinciliyin finalında Gəncə Tim və Qarabağ komandaları üz-üzə gəlib. Oyunun əvvəlində yekin duruma düşən birincilər yekunda əmzkarlıq göstərərək 5:2 hesabıyla qələbə qazanıblar və bununla da  “Sevinc Kuboku”nun qalibi olublar.

“Sevinc Kuboku”nun yekununda mükafatlandırma mərasimi keçirilib. Ilk 3 yeri tutan kollektivlərin üzvləri fəxri fərman və hədiyyələr, həmçinin çempion komanda kubokla təltif edilib. Gəncə Tim komandasından Abbas Bayramov yarışın ən yaxşı futbolçusu seçilib. Bundan başqa birincilikdə daha 4 nominasiya üzrə oyunu ilə  fərqlənənlər xüsusi mükafatlandırılıb.