• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1135
— 20.08.2019 20:33

Kürəkəni tərəfindən yandırılan qadının vəziyyəti kritikdir

KepezTV Player

Şəmkir rayonun Sarıtəpə kəndində törədilən yanğın və ölüm hadisəsi ilə bağlı rayon prakrorluğunda cinayət işi üzrə istintaq davam etdirilir. Hadisəni törədən Şəmkir rayon Dəlləcəyir kənd sakini 33 yaşlı Elmar Sadıqov saxlanılıb. İlkin dindirilməsində törətdiyi cinayəti etiraf edib. Xatırladaq ki, hadisə avqustun 18-də gecə saat 01.00 radələrində Şəmkir rayon Sarıtəpə kəndində baş verib.  Elmar Sadıqov qaynatasının evinə benzin tökərək yandırıb. Hadisə zamanı onun iki yaşlı oglu Nicat  Sadıqov  ölüb. Həyat yoldaşı Mətanət Məsimova,  qaynanası Sələtənət Məmmədova isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Mətanət  Məsimovanın həyatını xilas etmək mümkün olmayıb. Kürəkəni tərəfindən yandırılan Sələtənət  Məmmədovanın vəziyyəti isə kritik olaraq qalır.