• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1367
— 16.08.2019 17:03

Maskalı şəxslər poçta hücum ediblər

KepezTV Player

Bakıda Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən 146 saylı poçta basqın olub. İki nəfər maskalı şəxs poçta girərək orada işləyən Eyyub İsgəndərovu bıçaqla hədələyib pul tələb ediblər. İsgəndərov müqavimət göstərib və onlar əlbəyaxa dava ediblər. Pul əldə edə bilməyən şəxslər sonda Eyyub İsgəndərovu bıçaqlayaraq hadisə yerindən qaçıblar. Faktla bağlı araşdırma aparılır.