• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1792
— 12.08.2019 12:20

Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinə qeydiyyat davam edir

KepezTV Player

Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində təhsil almaq istəyən uşaq və yeniyetmələrin sayı artıb. Yeni tədris ili üçün mərkəzin dərnəklərinə 550-ə yaxın müraciət qeydiyyata alınıb ki, bu da ötən tədris ilindən 100 nəfər çoxdur. Mərkəzə Gəncə ilə yanaşı, ətraf rayonlardan da 5-17 yaş arası şagirdlər müraciət edir. Ən çox rəqs, bacarıqlı əllər, rəsm, həyati bacarıqlar dərnəklərinə üstünlük verilir. Müraciət edən doğum haqqında şəhadətnamənin sürətini, 1 ədəd fotoşəkil, yaşadığı və oxuduğu məktəbdən arayış təqdim etməli, mərkəzdə verilən ərizə formasını doldurmalıdır. Şagirdlərin qeydiyyata alınması prosesi oktyabırın 1-nə kimi davam edəcək. Mərkəzdə onlara həftənin şənbə və bazar günləri də daxil olmaqla hər gün məşğələlər keçiləcək. Hazırda mərkəzdə 5 şöbədə 24 adda dərnək fəaliyyət göstərir. Bu dərnəklərdə 76 pedaqoji işçi dərs keçir. Məqsəd uşaqların fitri istedadını, onların iç dünyasının gözəlliklərini önə çıxarmaq və incəsənətin zərifliyini aşılamaqdır. Bu il qeydiyyat alınanların müraciəti əsasında yeni dərnəklər də yaradılacaq. 

Sevinc Ələkbərova - Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru: Valideynlərin, uşaqların daima müraciət etməsi, onların müxtəlif dərnəklərdə qeydiyyata alınması prosesi davam edir. Növbəti tədris ilində çalışırıq ki, yeni dərnəklərin fəaliyyətinə başlayaq. Təbii ki, bu da bizdə valideynlərin istək və arzularına uyğundur. O baxımdan biz bu il dekarativ-tətbiqi sənəti biz istəyirik ki, yeni farmatda təqdim edək. Milli rəqslərlə yanaşı dünya xalqlarının rəqslərini də keçmək istəyirik. Eyni zamanda planımızda var ki, bu ilki tədris ilində vakal kursunu da açaq.))