• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3131
— 10.08.2019 12:01

Piyadanın ölümü ilə nəticələnən yol qəzası

KepezTV Player

Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Yeni Həyat kəndi ərazisində rayon sakini, 34 yaşlı Rövşən Məzahir oğlu Məmmədov idarə etdiyi "VAZ-21013" markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən, 65 yaşlı Hüseyn İsaq oğlu Məmmədovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş açılıb, araşdırma aparılır.