• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2414
— 10.08.2019 12:22

Göygöl rayonunda cari ilin altı ayının yekunları müzakirə olunub

KepezTV Player

Göygöl rayonunda bu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub. Məlumat verilib ki hesabat dövründə 464-ü daimi olmaqla 787 iş yeri yaradılıb. Əsas kapitala 7 milyon manatdan çox investisya qoyulub. 6 ay ərzində 742 ailəyə ünvanlı dövlət sosial yardımı təyin olunub. Rayon Statistika İdarəsi üçün  inzibati binanın inşası başa çatdırılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsi üçün isə yeni binanın tikintisi davam etdirilir. Hesabat dövründə Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 3-cü texniki dərəcəyə uyğun yenidən qurulması istiqamətində iş aparılır. Ölkə prezidentinin sərəncamı ilə 7 kənddə əlavə subartezian quyusu qazılır. İclasda qaz, işıq və su ilə təchizatı məsələsi də gündəmdə olub. Mavi yanacaq olmayan yaşayış məntəqələrində qazlaşdırma işinin sürətlə davam etdirildiyi vurğulanıb. Toplantıda rayonda təhsil, səhiyyə və mədəniyyət müəssiələrinin fəaliyyətinə də toxunulub. Mövcud nöqsanların aradan qaldırılması istiqamətində aidiyyatı struktur rəhbərlərinə tapşırıqlar verilib.

 

Natiq Hüseyn