• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2014
— 10.08.2019 12:15

2 stasionar və 1 çadır tipli heyvan kəsimi məntəqəsi yaradılıb

KepezTV Player

Bayram günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması üçün Qida Təhlükəsizliyi Agentliyi bir sıra tədbirlər həyata keçirir. Heyvandan insana keçə biləcək xəstəliklərin qarşısının alınması istiqamətində qurbanlıq heyvanların kəsimi baytarlıq-sanitariya və sanitar-gigiyena tələblərinə cavab verən stasionar və çadır tipli heyvan kəsimi məntəqələrində aparılacaq. Bu məqsədlə bayram günlərində Gəncə şəhərində vətəndaşların ixtiyarına veriləcək 2 stasionar və 1 çadır tipli heyvan kəsimi məntəqəsində son hazırılıq işləri görülür. Kəsim məntəqələrində təmənnasız fəaliyyət göstərən səyyar labaratoriyalar kəsimdən əvvəl və sonra qurbanlıqları müvafiq baytarlıq müayinəsindən keçirəcək. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi vətəndaşlardan küçə və yol kənarlarında antisanitar şəraitdə ət kəsimi və satışı ilə rastlaşdıqda agentliyin yerli bölmələrinə və çağrı mərkəzinə zəng edərək məlumat vermələrini xahiş edir.