• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2107
— 09.08.2019 15:58

Yanğın təhlükəsizliyi tədbirləri gücləndirilib

KepezTV Player

Meşələrdə yanğın təhlükəsizliyi məsələsi də diqqətdə saxlanılır. Bunun üçün Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzi nəzarətini həyata keçirdiyi Hacıkənd və Göygöl meşəliyində yanğın təhlükəsinə qarşı gücləndirilən iş rejimində fəaliyyət göstərir. Mərkəzin meşə gözətçiləri günün 24 saatı ərazini tam nəzarətdə saxlayırlar. Çoxsaylı turist axını nəzərə alınaraq istirahət yerlərində yanğn təhlükəsinə qarşı görüşlər keçirilir, baş verə biləcək hadisə ilə bağlı marifləndirmə işləri aparılır.  Icazəsiz yerlərdə tonqalların yandırılmaması üçün müvafiq tədbirlər həyata keçirilir. Bununla belə meşə ərazisinə yanğın təhlükəsinə qarşı xəbərdarlıq lövhələri də asılıb. Gücləndirilən iş rejimi yay mövsümü başa çatanadək qüvvədə olacaq.

Vəliyəddin Baxışəliyev - Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor müavini: Yanğın hadisəsinin baş verməməsi üçün xüsusi yerlərdə ocaqları yandırmaq lazımdır. Yandırılan ocaqları isə ərazidən gedərkən sahibsiz buraxmaq olmaz. Həmin ocaqlar mütləq söndürülməlidir və bizim əməkdaşlar bu kimi hallara mütəmadi nəzarət edir. Bundan başqa Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları arasında yanğın təhlükəsinə qarşı növbətçilik qrafiki təyin olunub. turistlərin çox olduğu ərazilər daim diqqət mərkəzində saxlanılır.