• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1922
— 07.08.2019 15:17

Bal, enerji və spirtli içkilər aşkarlandı

KepezTV Player

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn bu ölkə vətəndaşının idarə etdiyi "Mercedes" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında saxlanılıb və vətəndaş şifahi sorğu-sual olunub. O, sorğu-sual zamanı idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlaması zamanı avtomobilin ön hissəsində yerləşən ehtiyat təkərin içərisində, sağ arxa təkərin üzərində yerləşən gizli saxlanc və yük yerində 40 kq bal, 768 ədəd 250 qramlıq enerji içkisi, 82 ədəd 330 qramlıq spirtli içki aşkarlanıb.Faktla bağlı araşdırma aparılır.