• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1057
— 06.08.2019 17:13

1100 nəfərlik yataqxana tələbələrin ixtiyarına veriləcək

KepezTV Player

Gəncə Dövlət Universtetinin tələblərinin yataqxana sarıdan çətinliyinə bu il son qoyulacaq. İlin sonuna kimi dövlət vəsaiti hesabına 1100 nəfərlik tələbə yataqxanası şəhərciyindəki binaların əsaslı təmiri yekunlaşacaq.

5 hektar ərazisi olan şəhərcikdəki yataqxana binaları 50 il bundan öncə tikilib və uzun müddət məcburi köçkünlər üçün yaşayış yeri kimi istifadə olunub. May ayından başlayan yenidən qurma iləri ərazidəki 3 binanı və yeməkxananı əhatə edir. artıq yaşayış yerlərinin dam örtüyü yenilənib, fasad hissələr suvanılıb, işıq xətləri təzələnib. Hazırda işlər binaların daxilində aparılır. Layihəyə görə 5 mərtəbəli olan binaların hər mərtəbəsində 3 nəfərlik 23 otaq olacaq. Binalarda inzibati otaqlar, mətbəx, sanitar qovşaq, oxu zalı, istirahət otaqları, tibb məntəqəsi də fəaliyyət göstərəcək. Həmçinin qonaq otaqları və kitabxana da tələbələrin ixtiyarında olacaq.

Elburus Alıyev - tikinti mühəndisi: Bütün mərtəbələr üzrə içəridə və çöldə dəmir şvellerlərlə kəmərlər çəkilir, bina möhkəmləndirilir. Yuxarıda da betondan kəmərlər tökülüb. Dam örütüyü onun üzərində bağlanılıb. 3 dənə 250 kubluq su hovuzu, keçid məntəqəsi, yeni tranfarmator və qazanxana binaları tikiləcək. Balkonlar söküləcək, Fransa sistemində balaca kiçik balkonlar olacaq.

Həmçinin 500 tələbənin eyni vaxtda qidalanması üçün iki mərtəbəli yeməkxana da əsaslı təmir edilir. Tələbələr üçün idman meydançasının salınması da nəzərdə tutulub. Şəhərciyin həyətində istirahət güşələri və yaşıllıq ərazi də salınacaq. Bütün işlərin vaxtında yekunlaşması üçün təmir-tikinti işlərinə 100-ə yaxın canlı qüvvə cəlb edilib.

Elnur Vahidoğlu